“Müştəri bank”: “Sizdən yerli (bələdiyyə) vergi və ödənişlərinizi yalnız HÖP vasitəsilə ‘‘Müştəri Bank’’dan həyata keçirməyinizi xahiş edirik.
Bildiyiniz kimi yerli (bələdiyyə) vergilər və ödənişlər mərkəzləşdirilmiş qaydada, Hökumət Ödəniş Portalının (HÖP) infrastrukturu vasitəsilə ödənilməlidir.
Ancaq əfsuslar olsun ki, belə bir imkanın yaradılmasına baxmayaraq bir sıra ödənişlər hələ də HÖP vasitəsilə icra edilmir. Bu isə "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi"nin informasiya sistemində avtomatlaşdırılmış uçotun aparılmasına əngəl olur, eyni zamanda bələdiyyə orqanlarının fəaliyyətində müəyyən korrupsiya risklərinin yaranmasına gətirib çıxarır.
Yuxarıda qeyd edilənləri əsas gətirərək sizdən yerli (bələdiyyə) vergi və ödənişlərinizi yalnız HÖP vasitəsilə ‘‘Müştəri Bank’’dan həyata keçirməyinizi xahiş edirik.
Qeyd edək ki, Kapital Bankda “Müştəri-Bank” adlanan bu xidmət korporativ müştərilər üçün nəzərdə tutulub. Xatırladaq ki, Kapital Bank fərdi müştəriləri üçün “internet Banking” xidmətini hələ 2011-ci ilin əvvəlindən istifadəyə vermişdi. “Müştəri-Bank” xidməti isə eyni imkanı korporativ müştərilər üçün yaradır. Bankın müştərisi olan və elektron imzaya malik hər bir hüquqi şəxs bundan faydalana bilər.